Apache Arrow

Apache Arrow

Apache Arrow ilə Yüksək Sürətli Məlumat Emalı.


Məlumatların analitikası və emalın zamanı sürət və səmərəlilik hər şeydən üstündür. Açıq mənbəli, programlaşdırma dilləri daxilində inkişaf platforması(cross language development platform) olan Apache Arrow yüksək sürətli məlumat emal imkanlarını açmaq üçün güclü bir vasitə kimi ortaya çıxır. Bu bloq yazısında biz Apache Arrow-un nə olduğunu, nə üçün vacib olduğunu və onun məlumatların işlənməsi proseslərini necə dəyişdirə biləcəyini araşdıracağıq.

Apache Arrow nədir?
Apache Arrow açıq mənbəli, sütun əsaslı yaddaşdaxili(columnar in-memory) məlumat formatıdır ki, məqsədi strukturlaşdırılmış məlumatların müxtəlif proqramlaşdırma dilləri və sistemləri arasında standartlaşdırılmış və səmərəli şəkildə ötürülməsini təmin etməkdir. Arrow, müxtəlif sistemlər və proseslər arasında məlumatların ötürülməsi ilə bağlı əlavə yüklənməni minimuma endirən ümumi məlumat formatıdır.

Apache Arrow-un arxitekturasına və əsas komponentlərinə baxaq:
Apache Arrow bir neçə əsas komponentdən ibarətdir:

Yaddaş formatı: Apache Arrow, sütun əsaslı formatdan istifadə edərək məlumatların yaddaşda səmərəli prosses olunmasına və manipulyasiyasına imkan verir.

Proqramlaşdırma dil dəstəyi: Apache Arrow, Python, Java və C++ kimi məşhur proqramlaşdırma dilləri üçün kitabxanaları(libraries) təmin edərək, mövcud məlumatların prosses olunmasını və inteqrasiyanı təmin edir.

Sıfır nüsxə məlumat mübadiləsi(zero-copy data sharing): Apache Arrow müxtəlif sistemlər və proseslər arasında sıfır nüsxə məlumat mübadiləsini asanlaşdırır, lazımsız məlumatların kopyalanmasını azaldır və performansı artırır.
Apache Arrow effektiv emal üçün sütun əsalı formatdan istifadə edərək yaddaşdakı məlumatları necə idarə edir:
Sütun formatında, hər bir sütun üçün verilənlər, hər bir sıra üçün verilənlərin birlikdə saxlandığı sıra əsaslı formatdan fərqli olaraq birlikdə saxlanılır. Bu sütunlu saxlama daha yaxşı sıxılma(compressing), təkmilləşdirilmiş sorğu performansı və xüsusi sütunlara səmərəli giriş imkanı verir, məlumatların işlənməsini daha sürətli və daha səmərəli edir.

Apache Arrow-un üstünlükləri:

Təkmilləşdirilmiş performans(İmproved performance):
Apache Arrow-un məlumatları yaddaşda prosses etməsi və sıfır nüsxə məlumat mübadiləsi imkanları ənənəvi sıra əsaslı formatlarla müqayisədə məlumatların daha sürətli emalına gətirib çıxarır. Məlumatların surətinin çıxarılmasını(data copying) minimuma endirməklə və səmərəli yaddaş planlarından istifadə etməklə, Apache Arrow analitik və maşın öyrənmə prosseslərinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Proqramlaşdırma dillər arası qarşılıqlı çalışma:
Apache Arrow müxtəlif proqramlaşdırma dillərində problemsiz istifadə edilə bilən ümumi məlumat formatını təmin edir. Bu dillər arası qarşılıqlı fəaliyyət istifadəçilərə eyni məlumat strukturları ilə işləməyə və müxtəlif dillərdə həyata keçirilən sistemlər arasında məlumat mübadiləsini daha səmərəli həyata keçirməyə imkan verir.

Big Data ekosistemləri ilə inteqrasiya:
Apache Arrow, Apache Spark və Apache Hadoop kimi məşhur böyük verilənlərin emalı framework-ləri ilə inteqrasiyası mümkündür.

Real istifadə halları:

Böyük dataset-lərin təhlili:
Apache Arrow sürətli yaddaşdaxili(in-memory) məlumat emal imkanları təmin etməklə kütləvi verilənlər bazasında analitik sorğuları və maşın öyrənmə tapşırıqlarını sürətləndirir. Arrow-un sütun əsaslı saxlama formatı və səmərəli yaddaş idarə etməsi onu yüksək performansla böyük həcmli məlumatların idarə edilməsi ideal edir.

Axın məlumatların işlənməsi(Streaming data processing):
Apache Arrow, səmərəli yaddaş formatının köməyi və sıfır nüsxə məlumat mübadiləsi imkanları sayəsində real vaxt rejimində streaming application-lar üçün istifadə edilə bilər.

Zaman zaman postu inkişaf etidirib detallar əlavə edəcəyəm…