KIBANA Nədir?

logo-kibana-elasticsearch

Kibana log və time series dataların analitikası, tətbiqetmələrin monitorinqi kimi önəmli məlumatların vizuallaşdırılması və analiz olunması üçün isifadə olunan Elastic stack-in ən önəmli komponentlərindən biridir. 

Kibana vasitəsilə histoqramlar, xətti diaqramlar, pie chart-lar, istilik xəritələri və coğrafi xəritələr üzrə güclü və istifadəsi asan olan vizuallaşdırmalar hazırlamaq mümkündür. 

Elastic stack”-in bir parçası olduğu üçün  məşhur analitika və axtarış sistemi olan Elasticsearch ilə sıx inteqrasiyaya malikdir və Kibana Elasticsearch-də saxlanılan məlumatların vizuallaşdırılması üçün ən yaxşı seçimdir.

Kibana-in üstünlükləri nələrdi?

1 – İnteraktiv qrafika

Kibana xüsusi diaqramlar və hesabatlar təklif edir ki, onlardan istifadə edərək böyük həcmdə log məlumatlarından interaktiv hesabatlar hazırlaya bilərsiniz. 

Dinamik olaraq vizual olaraq hazırlanmış digramlar üzərdindən spesifik dataset-ləri çox rahatlıqla incələyib məlumatlarınızdan önəmli insight-lar əldə edə bilərsiniz.

2 – Xəritəçəkmə dəstəyi

Kibana güclü coğrafi imkanlarla gəlir ki, siz məlumatlarınızın üstündə coğrafi məlumatları qüsursuz şəkildə incələyə bilərsiniz və ya xəritələr üzərində nəticələri dinamik görüntüləyə bilərsiniz.

3 – Əvvəlcədən qurulmuş hazır aqreqatlar və filtrlər

Kibana-nın əvvəlcədən qurulmuş olan hazır aqreqasiya funksiyaları və filtrlərindən istifadə edərək, siz bir neçə kliklə histoqramlar, ən top N sorğular və trendlər kimi müxtəlif analitikləri işlədə bilərsiniz.

4 – Asanlıqla hazırlanan dashboard-lar

Kibana üzərində asanlıqla dashboard-lar və hesabatları hazırlaya bilərsiniz və  daha sonra onları başqa istifadəçilər ilə rahatlıqla paylaşa bilərsiniz. Sizə lazım olan tək şey dataya baxmaq və analiz etmək üçün brauzerdir geri kalan hər şeyi Kibana özü həll edəcək.