Salam! Bloguma xoş gəlmisiniz.

Bugünkü mövzumuz “ORACLE SQL” – ə GİRİŞ olacaq.

İlk öncə  “ORACLE” və “SQL” sözlərinin nə mənaya gəldiyini, daha sonra bu 2 sözün birləşməsinin nə işə yaradığını izah edərək söhpətimizə başlayaq.

Bu sözlərin izahına keçmədən öncə isə RDBMS – in nə olduğunu bilməkdə fayda var. RDBMS – Relational Database Management Systems deməkdir, azərbaycan dilinə “Əlaqəli Baza İdarəetmə Sistemləri” kimi tərcümə etsək fikrimcə daha “anlaşıqlı” olar. Niyə ehtiyacımız var bəs bu RDBMS-lərə?Bəs bu RDBMSlər nə üçün istifadə olunur?

RDBMS – lər sizin məlumatlarınızı etibarlı şəkild saxlayan, məlumatlarınıza sürətli çatmağınıza yardımçı olan, məlumatlarınızın bütöv şəkildə saxlanıldığı və eyni  anda birdən çox istifadəçiyə bu  məlumatlara müraciəti təmin edən programlardır. RDBMS olmadan şirkətinizin məlumatlarının saxlanmasında yuxarıda sadaladığım nüanslardan ən azı birinin çatışmayacağına və məlumatlarınız artdıqca idarəsinin daha da çətinləşəcəyinə əmin ola bilərsiniz.

Bəs ORACLE nədir? Niyə məhz ORACLE?

ORACLE – bu tip(RDBMS) programlar içərisində isə mənə görə və ümumiyətlə dünya bazarındakı payına görə şirkətlərdə ən çox istifadə olunan RDBMS-dir. ORACLE ilə yanaşı Microsoft SQL Server və İBM-in DB2 RDBMS –ləri də geniş istifadə olunur. MS SQL Server Linux və Unix əməliyat sistemlərində işləməməsi və DB2 –nin də bazar payının aşağı olması ORACLE-ı lider RDBMS olaraq göstərməyə əsas verir.

Oracle eyni zamanda Azərbaycanda da istifadəsinə görə geniş yayılmışdır. ORACLE mütəxəssislərinə isə bazarda hər zaman ehtiyac vardır və ORACLE üzrə öz sözünü demiş mütəxəssislərimizdə az deyil 🙂

SQL – Açıqlaması “Structured Query Language” deməkdir. “ESS-CUE-ELL” , “sequel” kimi tələffüz oluna bilər. SQL 4cü nəsil proqramlaşdırma dilidir.

SQL vasitəsilə siz:

  • Bazalar və bu bazalar daxilində baza obyektləri(table, view, index və.s) yarada bilərsiniz.
  • Yaratdığınız baza daxilində məlumatlarınızı saxlaya bilərsiniz.
  • Məlumatlarınızı mütəmadi dəyişə bilər və ya muxtəlif analizlər apara bilərsiniz.
  • Məlumatlarınızı hesabatlar, veb səhifələr şəklində təsvir edə bilərsiniz.

Bəzi sadə SQL sintaksis və kodlara baxaq:

CREATE TABLE SHIPS

(SHIP_ID                NUMBER,

SHIP_NAME         VARCHAR2(20),

CAPACITY            NUMBER,

LENGTH                NUMBER );

INSERT INTO SHIPS (SHIP_ID, SHIP_NAME, CAPACITY, LENGTH)

VALUES (1,’Codd Crystal’, 2052, 855);

SELECT SHIP_NAME, CAPACITY, LENGTH

FROM SHIPS;

 

Yuxarıdakı kodlar vasitəsilə bazamızda “SHİPS” cədvəli yaranacaq və biz məlumatlarımızı cədvəlin strukturuna uyğun şəkildə daxil edəcəyik. Hal hazırda bu kodlarda yazılan bəzi hissələri başa düşməyə bilərsiniz, ancaq, zamanla digər dərslərdə bu və digər oxşar kodları bütün incəliklərinə qədər başa salmağa çalışacağam.

SQL – in ən çox işlədilən və sql dediyimizdə ağlımıza gələn bir neçə əmrləri aşağıdakı şəkildə görə bilərsiniz:

 

 

 

 

SQL əmr Açıqlaması
SELECT Cədvəldən məlumat qaytarır
İNSERT Cədvələ yeni sütun əlavə edir
UPDATE Cədvəldə mövcud olan məlumatı yeniləyir
DELETE Cədvəldən məlumatı silir
CREATE object_type Yeni baza obyekti yaradır
ALTER object_type Mövcud baza obyektinin strukturunu dəyişir
DROP object_type Mövcud baza obyektini bazadan silir

 

ORACLE SQL nədir bəs?

“ORACLE SQL” ORACLE şirkətinin məhsuldur, normal ANSİ SQL –dən fərqlənir. Bu fərqlənməyə səbəb isə, ORACLE şirkətinin bu dili təkmilləşdirmək və ORACLE ilə daha yaxşı performans göstərməsi üçün etdiyi yeniliklərdir. Zamanla ORACLE SQL yazılarımda mövzuları bir-bir izah edəcəyəm və sizlər də ORACLE SQL –dəki yenilikləri daha aydın görə biləcəksiniz.

Bu yazımda sizlərə ORACLE SQL haqqında olacaq yazılarımın ilkini yazdım, ümid edirəm ki, faydalı olacaq bir yazı oldu. Feedback – lərinizi xahiş edirəm mənimlə bölüşəsiniz, bölüşün ki gələcək səfər daha yaxşı nəticə ortaya cıxsın 🙂

 

 

 

 

992 Ümumi oxunma 1 Bugün oxunma